İcbari sığortası olmayan maşınları sürmək mümkün olmayacaq

Avtomobillərin icbari sığortası ilə bağlı yeni təkliflər var. Təkliflərdə icbari sığortası olmayan avtomobil sürücülərinə qarşı ciddi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulub. Belə avtomobillər yol hərəkətindən uzaqlaşdırılacaq
 
Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı tələblər sərtləşdirilə bilər. İcbari sığortalar bürosu tərəfindən yeni təkliflərin irəli sürülməsi gözlənilir. Bürodan verilən məlumata görə ölkəmizdə qeydiyyatda olan avtomobillərin sayı 1,3 milyondur. İcbari sığortası olan avtomobillər isə 700 minə yaxındır. Ölkəmizdə sığortasız avtomobillərin sürücülərinə tətbiq edilən cərimələrin miqdarı cəmi 50 manatdır.
 
Dəyişikliklərdən sonra avtomobillər cərimə meydançasına aparılacaq və yalnız bir şərtlə oradan buraxılacaq. Ölkəmizin yaşıl kart sisteminə qoşulması haqqında danışan İcbari Sığortalar Bürosunun sədri Elxan Quliyev bildirib ki, büro üzvü olan 11 sığorta şirkətinin hamısının yaşıl kart sisteminə qoşulması məcburidir. Əks təqdirdə həmin şirkətlər icbari sığorta şəhadətnamələrinin satışı lisenziyasından məhrum ediləcəklər.
 
2016-cı ilin yanvarından fəaliyytə başlayacaq yaşıl kart sisteminin ilkin tarifləri də məlumdur. Tariflər səyahət edilən ölkə və avtomobilin mührəkinin həcmindən asılıdır. Azərbaycan yaşıl kart sistemin üzvü olandan sonra bizim sürücülər xarici ölkədə qəza törədəcəyi təqdirdə dəymiş ziyanı ölkəmizdə sürücünün icbari sığortasını aparmış şirkət ödəyir.musavat/

Google+ WhatsApp ok.ru