Cilovlanmayan inflyasiya

Cilovlanmayan inflyasiya

“Novoye Vremya” qəzeti “Nazirlər Kabinetinin inflyasiya önündə gücsüzlüyü”nü tənqid edir.
 
Qəzet rəsmi statistik göstəiricilərə istinadla ölkədə inflyasiyanın artdığını və istehlak qiymətlərinin bahalandığını vurğulayır: “Keçən ilin eyni dövrülə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak malları və xidmət tarifləri 13 faiz bahalaşıb, o cümlədən ərzaq mallarında 18 faiz, qeyri-itehlak mallarında 12 faiz, göstərilən xidmətlərdə isə 9 faiz bahalanma qeydə alınıb”.
 
Məqalədə deyilir ki, mübahisəsiz olaraq süni qiymət artımı bu və ya digər dərəcədə inflyasiyanın artmasına səbəb olub, dəmiryollarında tariflər artıb, ardınca ət 2,5 manata qədər kəskin bahalaşıb, hər iki halda da aidiyyatı qurumlar iqtisadi əsaslandırma verməyib: “ Ümumiyyətlə, xalqa heç zaman izah verilməyib, hər bir məmur və sahibkar özbaşına qiymət müəyyən etməkdə özünü haqlı sayır və bununla da inflyasiyanı gücləndirir, iqtisadi göstəriciləri pisləşdirir”.
 
Qəzet hesab edir ki, hökumətin qiymətlərə nəzarəti yetərli deyil, belə olsaydı inflyasiya artmaz, bahalanma baş verməzdi.
 
“Novoye vremya” Nazirlər Kabinetinin “fəaliyyətsizliyini” də tənqid edir, belə münasibətlə yaxın gələcəkdə inflyasiyanın nəinki aradan qaldırılması, hətta sürətinin aşağı salınmasının mümkün olmayacağını qeyd edir. /

Google+ WhatsApp ok.ru