Coğrafiya İnstitutu: Xəzərdə buxarlanma artacaq, su qıtlığı yaranacaq

Coğrafiya İnstitutu: Xəzərdə buxarlanma artacaq, su qıtlığı yaranacaq

“İqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə bitki örtüyü azalacaq”.

Maide.Az xəbər verir ki, Coğrafiya İnstitutundan Rakurs.tv-yə verilən məlumata görə, bunu “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfransda Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Akademik bildirib ki, iqlimin istiləşməsi ilə əlaqədar şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq,  su qıtlığı yaranacaq, yağıntılar azaldığından çayların suyu azalacaq:  

“Xəzərdə buxarlanma artacaq, Kür-Araz ovalığında quraqlığın 50-60 gündən çox olması ehtimalı yaranacaq”.

Alim qeyd edib ki, Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından daha səmərəli istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir.

Akademik regionların torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunmasının, təbii-landşaft potensialının mühafizəsi, biomüxtəlifliyin saxlanılması və s. kimi amillərin qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Google+ WhatsApp ok.ru