İcra başçısından yeni “torpaqəritmə” əməliyyatı

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıt Şəhər Mərkəzi Kitabxanasının qarşısındakı torpaq sahəsinin aqibətini özünəməxsus şəkildə həll edib. Maide.az xəbər verir ki, bu barədə moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, icra başçısı kitabxananın qarşısındakı geniş ərazini ayrı-ayrı iş adamlarının sərəncamına verib. Nəticədə, kitabxananın qarşısınında mebel salonu və bir neçə mərtəbəli yarımçıq tikili inşa edilib ki, bu da mərkəzi kitabxananın binasını demək olar ki, görünməz edib.
Mənbənin sözlərinə görə, boş torpaq sahələrinin qənimi kimi tanınan icra başçısının bu addımı kitabsevərlərin narazılığı ilə qarşılansa da, E.Əzizov bu narazılığa əhəmiyyət verməyə lüzum görməyib. 

Google+ WhatsApp ok.ru