İctimai yerlərdə siqaret çəkmək qadağan edilir

İctimai yerlərdə siqaret çəkmək qadağan edilir

Azərbaycanda ictimai yerlərdə, elm, təhsil və  səhiyyə müəssisələrində, kitabxanalarda, konsert və idman zallarında, ticarət, məişət və sosial obyektlərdə, vağzallarda, ictimai nəqliyyatda, çimərlik ərazilərində, liftlərdə, uşaq meydançalarında və digər çoxsaylı ictimai yerlərdə  siqaret çəkməyə qadağa qoyulacaq.   
 
Azərbaycan Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında bunu nəzərdə tutan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.
 
Qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.(turan)
 

Google+ WhatsApp ok.ru