İŞİD-dən Türkiyəyə təhdid: “Türkiyə zülmə davam edərsə…”

İŞİD terrorçu qruplaşması Türkiyə hökumətinə xəbərdarlıq edib.
Maide.az xəbər verir ki, Suriya və İraqdakı vəhşilikləri ilə dünyada ən böyük terror təşkilatı kimi tanınan İŞİD indi də Türkiyəni təhdid etməyə başlayıb.
Belə ki, son günlərdə Türkiyədə İŞİD üzvlərinə qarşı keçirilən əməliyyatlar və onların nəzarətində olan saytların bağlanılması terrorçuları qəzəbləndirib. Türkiyə hökumətinin bu addımına cavab olaraq İŞİD də təhdid açıqlaması yayıblar.
İŞİD öz üzvlərini müsəlmanlar olaraq qeyd etdiyi açıqlamada bildiriblər ki, Türkiyə hökumətinin son zamanlarda onlara qarşı təzyiqləri açıq-aydın hiss olunur. Açıqlama Türkiyənin bu təzyiqləri aratacağı təqdirdə İŞİD-in buna cavab verə biləcəyi qeyd edilib:
“Türkiyə dövlətində gözləntimiz budur ki, İŞİD-ə qarşı məhdudiyyətləri aradan qaldırsınlar. Bu məhdudiyyətlər davam edərsə Türkiyə dövləti ilə fərqli davranacağımızı bildiririk”, - deyə açıqlamada vuruğulanıb. /

Google+ WhatsApp ok.ru