İŞİD-in yeni rəhbərinin adı açıqlanıb 21 Yanvar 2020 09:03 Xəbərlər İŞİD terror qruplaşmasının yeni rəhbəri Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maulə olub. Bu barədə mənbələrə istinadən Böyük Britaniyanın "The Guardian" qəzeti bildirib. Nəşr Əmir Əbdül Rəhmanı ötən ilin oktyabr ayında ABŞ-ın İdlibdə həyata keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilən İŞİD-in əvvəlki rəhbəri Əbu Bəkr əl-Bağdadiyə yaxın olduğunu bildirilir. Dövlət Departamenti onun İraq əsilli və Əbu Bəkr əl-Bağdadinin müavinlərindən biri olduğunu qeyd edir. Onu və ya əl-Bağdadinin digər yaxın adamlarını ələ keçirməyə imkan verəcək məlumat üçün ABŞ hakimiyyəti 5 milyon dollar mükafat vəd edib. Bildirilir ki, terror qruplaşmasının keçmiş və hazırkı rəhbərləri 2004-cü ildə ABŞ-ın İraqda yerləşən Kemp-Bukka düşərgəsində məhbus olarkən tanış olublar. Amir Əbdül Rəhman qruplaşmanın yaradıcılarından biri olub, onun ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib. /Trend Teqlər : #İŞİDin,#yeni,#rəhbərinin,#adı,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada qlobal qeyri-bərabərlik daha da güclənib Süleymaninin xələfi: Generalı namərdcəsinə vurdular, amma biz üzbəüz vuracağıq