Dərmanlara vahid qiymət qoyuldu

Baş nazir Artur Rəsizadə bu gün Azərbaycanda dərman preparatlarına vahid qiymət tətbiqini nəzərdə tutan sərəncam imzalayıb 
Maide.az  xəbər verir ki, bu məlumatı virtualaz.org saytına Nazirlər Kabinetindən veriblər.
Qeyd edək ki, bundan əvvəl Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf və Sənaye Nazirliyi Azərbaycanda dərman preparatlarının vahid qiymət tarifi ilə satışına dair təkliflər işləyərək onu Nazirlər Kabinetinə təqdim etmişdi.
Təkliflər işlənib hazırlanarkən dünya təcrübəsinə istinad olunmuşdu. Bu sərəncam qüvvəyə minəndən sonra dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq. Dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Bu yeniliyin tətbiqi zamanı Türkiyənin, Avropa ölkələrinin və bir çox başqa ölkələrin təcrübəsi əsas götürülüb./

Google+ WhatsApp ok.ru