İşdən çıxarılan general tutuldu 26 Oktyabr 2015 02:00 Ölkə MTN-in kiçik və orta sahibkarlara təzyiq göstərməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən yüksək rütbəli əməkdaşlarının həbsi başqa güc strukturlarına da çatır. Maide.az virtualaz.org-a istinadən xəbər verir ki, dünən vəzifədən azad olunan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov saxlanılıb. Vergi generalı hələ dünən Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunmuşdu. General V.Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından idi. O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı. Məlumata görə, Vidadi Məmmədovun MTN-də işləyən oğlu və Vergilər Nazirliyində çalışan digər yaxın qohumları da artıq işdən çıxarılıblar. / Teqlər : #İşdən çıxarılan general tutuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məşədi Dadaş məscidində Aşura mərasimi -VİDEO Həbsxanada İlqar Məmmədovun dişi sındırılıb