Dənizlərin hündürlüyü 13 metr ola bilər

Aparılan son araşdırmalar Antarktidadakı ərintilərin bu əsrin sonuna qədər dəniz səviyyəsini bir metrdən daha çox yüksəldə biləcəyini göstərir. Araşdırmaya görə, 2500-ci ilə qədər də dünya miqyasında suyun səviyyəsində 13 metr artım ola bilər. Mütəxəssislər karbon emissiyasında sürətli qənaətin bu riski məhdudlaşdıracağını deyir.
 
Beynəlxalq İqlim Dəyişikliyi Paneli (IPCC) 2013-cü ildəki araşdırmasında, karbon emissiyasına məhdudiyyət olmasa, dünya miqyasında dənizlərin 2100-ci ilə qədər 98 sm artacağını proqnozlaşdırırdı. Amma IPCC-nin proqnozları Antarktidada minimum hesablamalara görə aparılıb. O tarixdən bu yana aparılan digər təhlillər, artımın daha yüksək olacağını göstərir.

Google+ WhatsApp ok.ru