Dərmandan 11, sirkə turşusundan 3 nəfər zəhərlənib

Dərmandan 11, sirkə turşusundan 3 nəfər zəhərlənib

Noyabr ayında dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 11 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib.
 
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, dərmandan zəhərlənənlərin hamısı xəstəxanaya yerləşdirilib. Onlar lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.  A. Maqsudov bildirib ki, belə hallar əsasən antibiotiklərin və vitaminlərin təsiri nəticəsində qeydə alınır.
 
Şöbə müdiri əlavə edib ki, ötən ay ərzində sirkə turşusundan 3 nəfər zəhərlənib. Onlar da müvafiq tibbi yardımlar göstərildikdən sonra evə buraxılıb. Hər iki hal nəticəsində ölüm qeydə alınmayıb. /

Google+ WhatsApp ok.ru