Dəfn neçəyə başa gəlir?

Dəfn neçəyə başa gəlir?

“Exo” qəzetində isə diqqəti “Azərbaycanlıların 15%-i öz hüzr mərasiminə pul yığır” sərlövhəli məqalə cəlb edir.
 
Müəllif ekspert Nəriman Ağayevlə Azərbaycanda bir sıra hüzr mərasimlərində pul yığması və ümumilikdə bu mərasimlərin vətəndaşlara neçəyə başa gəlməsini müzakirə edib.
 
Ekspert deyib ki, Azərbaycandakı bəzi hüzr mərasimlərində ölü yiyəsinə yük düşməməkdən ötrü pul yığılır:
“Yeri gəlmişkən, hazırda Azərbaycanda dəfn mərasimi 1-3 min manat arasındadır. Qəbir üçün yer götürülməsi 500-1500 manatdır. Amma iki devalvasiyadan sonra ölkə vətəndaşları dəfn mərasimlərinə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa məcbur olublar”.
 
Ekspertin bildirməsinə görə, 2015-ci ildə hər mərhumun dəfn və hüzr mərasimlərinə orta hesabla 5 min manat vəsait xərclənib:
“Dəfn, dini ayinlərin icrası, ehsan mərasimlərinin təşkilinin dövriyyəsi isə ölkə üzrə 36 milyon manat olub. Hazırda isə qiymətlərin bahalaşmasına baxmayaraq, bu rəqəm cəmi 6 milyon manatdır. Əhali artıq, cümə axşamı məclislərindən imtina edir, 3, 40 və il məclisləri ilə kifayətlənir. Hesablamalara görə, dəfn, qəbürüstünün götürülməsi və başqa hüzr xidmətləri ən azı vətəndaşa 3-4 min manata başa gəlir. Bunlar ən az hüzr məsrəfləri sayılır”.
 
N. Ağayev deyib ki, bir çox vətəndaşlar xəbərsizdir ki, işləyən vətəndaş vəfat etdikdə dövlət onun əməkhaqqının iki mislini doğmalarına hökmən ödəməlidir. Bu pensiya alanlara da aiddir.
 
Ekspert həmçinin bildirib ki, qəbir yerlərinin götürülməsi qaydaları ilə bağlı parlament artıq, qanun hazırlayır. Həmin qanunda vahid tarif nəzərdə tutulur və bu məsələ qanun şəklində həllini tapacaq.
 
N. Ağayev deyib ki, Azərbaycanda hətta bəzi adamlar dəfin mərasimlərini yola verməkdən ötrü kredit götürüblər. Belə hallar mütləq aradan qaldırılmalıdır. /

Google+ WhatsApp ok.ru