Daha bir şəhidimiz dəfn olundu - VİDEO 01 Avqust 2014 01:00 Ölkə Cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri Vüqar Poladov bu gün doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. Dəfn mərasiminə şəhidin doğmaları ilə yanaşı rayon ictimaiyyəti də qatılıb. Vətən uğrunda canından keçən əsgərin ailəsinə dərin hüznlə başsağlığı verilib, səbir dilənib. Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib./ Teqlər : #Daha bir şəhidimiz dəfn olundu VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlandırılması üçün göstəriş verildi Yaxın gələcəkdə Bakı metrosunda hərəkət necə olacaq?