Daha bir yüksək vəzifəli məmurun işdən çıxarılması təsdiqləndi 10 Dekabr 2015 02:00 Ölkə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib. Trend-in məlumatına görə, İ.Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb. İ.Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır. Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. / Teqlər : #Daha bir yüksək vəzifəli məmurun işdən çıxarılması təsdiqləndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “MTN işi”nə görə axtarılan şəxsin kimliyi bəlli oldu Sumqayıtda “Nizami” kinoteatrı `mühasirə`dən azad olunur: obyektlər sökülür – FOTO