Daha üç islamçı məhbus “Tubzon”a aparılıb

 
Xəbər verildiyi kimi təsisçi-baş redaktor Araz Quliyev və hicab məhbusu Anar Qasımlı 14 saylı cəzaçəkmə müəssisəsindən naməlum istiqamətə aparılmışdı.Digər bir məlumatda da onların "Tubzon"a aparıldığı deyilirdi.
 
Cenubnews.com İnternet Qəzetinə daxil olan məlumata görə, 14 saylı CÇM-də cəza çəkən digər islamçı məhbuslar-İlham Hətəmov, Rza Ağalı və Ramil Vəliyevin "Tubzon"a aparıldığı deyilir.
 
Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhkum Elşad Babayev həbsxananın 5 nadzoru - Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar tərəfindən işgəncə ilə öldürülmüşdü.Bundan sonra həbsxanada olan bütün məhkumlar baş verən haqsızlığa qarşı etiraz etmişdilər.
 
Həmçinin bu "Tubzon" deyilən həbsxana azərbaycanda xüsusi olaraq məhkumların döyüldüyü həbsxana statusunu alıb.Müəssisənin rəhbəri Nizami Quliyev də azərbaycanda məşhur məhkum döyən "türmə rəisi" kimi tanınır.  /
 

Google+ WhatsApp ok.ru