Danimarkada əyilən otel tikilib – FOTO

Maide.az xəbər verir ki, Danimarkanın Kopenhagen şəhərində paytaxtın ən nəhəng tikililərindən sayılan “Bella Sky” hoteli tikilib.
 
Otelin qeyri-adi konstruksiyası əyilən qüllələrdən ibarətdir. İtaliyanın məşhur Piza qülləsi 3,97 dərəcə əyilibsə, “Bella Sky” hotelinin binasında bu rəqəm 15 dərəcə təşkil edir.
 
Arxitektorların unikal dizayn verdiyi binanın hər mərtəbəsi bir-birindən tamamilə seçilir.
 
Dörd ulduzlu otelin otaqları Skandinaviya ənənələrinə uyğun bəzədilib.
 
Oteldə 814 otaq, 32 konfrans zalı, 3 restoran və əyləncə mərkəzləri fəaliyyət göstərir.
 
 

Google+ WhatsApp ok.ru