Daşınmaz əmlak bazarı - dələduzluq oylağı

Daşınmaz əmlak bazarı - dələduzluq oylağı

"Exo" qəzetində "Azərbaycanın daşınmaz əmlak bazarındakı fırıldaqlar barədə" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, son illər ölkədə dələduzluq bir xeyli genişlənməkdədir. Xüsusilə daşınmaz əmlak bazarında bu, özünü açıq göstərməkdədir: "İlbəil buradakı fırıldaqçılıq dəyişir və yeni formalar alır. Cinayətkarların qurbanı həm sadəlövh, həm də mənzil və ya ev almağın təhlükəsiz yollarını bilməyən adamlar ola bilər".
 
Daşınmaz əmlak məsələsi üzrə ekspert Rəşad Əliyev qəzetə deyib ki, dələduzların qurbanı olmamaqdan ötrü tikintini aparan şirkət barədə maksimum informasiya əldə etmək lazımdır: "Öncə bilmək lazımdır ki, şirkət buna qədər bina tikibmi? Bu bina ilə bağlı şikayətlər varmı? Üstəlik, onların qanuni fəaliyyətini təsdiq dən sənədlərə baxmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, şirkət nə qədər tanınmışdırsa, risk də o qədər azdır".
 
R.Əliyevin deməsinə görə, Azərbaycan daşınmaz əmlak bazarında bu gün ən çox yayılan dələduzluq eyni mənzilin bir neçə vətəndaşa satılmasıdır: "Dələduz müştərini guya ucuz satmaq istədiyi mənzilə və ya torpaq sahəsinə gətirir. Mənzil və ya sahə başqasına satılmasın deyə, razılıq olduqda məbləğin müəyyən hissəsi tələb edilir. Bu 10-12 faiz arasında ola bilər. Beləliklə, kifayət qədər pul dələduzun əlinə düşür və özü də naməlum istiqamətdə yoxa çıxır".
 
Ekspert daha bir dələduzluq kimi tikintini aparan şirkətin vədlərini yerinə yetirməməsini göstərir: "Binanın tikilməsi, infrastrukturu ilə bağlı eskizləri sizə göstərirlər. Bina tikilir, amma infrastrukturdan əlamət belə yoxdur. Belə yalanlarla Azərbaycanda daşınmaz əmlak almaq istəyənlərin 50 faizi aldadılır". /

Google+ WhatsApp ok.ru