Daşınmaz əmlak bazarının ‘çöküşü’

Daşınmaz əmlak bazarının ‘çöküşü’

“FED.az” saytında yer alan “Pandemiya daşınmaz əmlak bazarını iflic edib” sərlövhəli məqalədə bu bazarın indiki vəziyyəti barədə ekspert  Ramil Osmanlı ilə söhbətləşir.
 
R.Osmanlı hesab edir ki, daşınmaz əmlak bazarnda bu sahədə çöküş baş verməsinin səbəbi koronavirus pandemiyası olub, nəticədə aktivlik minimuma enib və bu sahədə xarici iştirakçıların aktivliyi kəskin azalıb.
 
Ekspertə görə, bazarda ucuzlaşma meylləri müşahidə edildi, amma kəskin ucuzlaşmanın qarşısı inzibati şəkildə alqı-satqı əməliyyatlarının məhdudlaşdırılması ilə alındı.
 
Onun sözlərinə görə, daşınmaz əmlak bazarında ucuzlaşma təqribən 2-5% civarındadır, torpaq bazarında 5%-ə qədər ucuzlaşma var, ilkin mənzil bazarında da ucuzlaşma müşahidə edilir.
 
R.Osmanov hesab edir ki, bazarda aktivlik də azalıb, bu pandemiya ilə bağlı gəlirlərin azalması və əldə olan vəsaitlərin qorunması ilə bağlıdır.
 
Ekspertə görə, daşınmaz əmlak bazarının illik dövriyyəsi təqribən 1,2,-1,3 mlrd. manatdır: “Amma bu ilki dövriyyə qeyd edilən rəqəmə adekvat olmayacaq.
 
Daşınmaz əmlak bazarında ilin sonuna qədər 2-3 dəfəyə qədər azalma gözlənilir”.
 
Bazarın nə zaman özünü bərpa edə biləcəyinə gəlincə, ekspert bu barədə danışmağın tez olduğunu bildirir.
 

Google+ WhatsApp ok.ru