Daxili İşlər Nazirliyində yeni təyinat

Maide.az xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub. Nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəfər Rəhmanov işdən çıxarılıb. O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub. Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov idarənin İstintaq Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.(Report)

Google+ WhatsApp ok.ru