Dekabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb

Dekabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb

Dekabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə dekabrın 10-da  Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.  
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət  60-70 faiz təşkil edəcək.  
 
Dekabrın 10-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz  tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.   
 
Tibbi-meteoroloji proqnoz
 
Dekabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Google+ WhatsApp ok.ru