Deputatdan Bakı merinə sərt sözlər

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli çıxış edərək, hökumət üzvlərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib.
 
Deputat Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan da şikayətlənib.
 
“Kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə hər hansı məsələni həll etmək, görüşmək , söhbət etmək mümkündür. Kim desə, “Ginnesin rekordlar kitabı”na adını yazdırsın.
 
Bu iş üslubunda olan bizim digər məmurlarımız da var. İki yol var: poetik desək, “Əsli və Kərəm” dastanında Kərəmin gününə düşmək. Bu, özünə hörmət, mandatına hörmət deyil."(Modern.az)

Google+ WhatsApp ok.ru