Deputat Elton Məmmədov oğlunun saxlanması barədə xəbərləri təkzib edib

Öz növbəsində DİN mətbuat xidməti “Nar” kafesində qumar oyunlarının təşkilində şübhəli bilinən 8 nəfərin saxlandığını bildirib. Bununla bağlı protokol tərtib edilib və tədbir görülmək üçün məhkəməyə göndərilib.Saxlanılanların adları açıqlanmır. Onların arasında deputatın oğlunun olub-olmaması barədə suala mətbuat xidmətindən cavab verilməyib.   
 
*   *   *
Milli Məclisin deputatı Elton Məmmədov (nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) oğlu Aynar Məmmədovun həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
 
“Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”- , deputat E.Məmmədov narazılığını gizlətmədən Turan agentliyinə bildirib.
 
Qeyd edək ki, bu gün səhər bəzi KİV və sosial şəbəkələr Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Yasamalda “Nar” kafesində əməliyyat keçirdiyi  barədə məlumatlar yayıblar. Əməliyyat zamamı deputatın oğlu da daxil olmaqla, bir neçə nəfər həbs olunub.
 
Lakin DİN bununla bağlı rəsmi məlumat yaymayıb.

Google+ WhatsApp ok.ru