Deputatlar surroqat ana məsələsində Şeyxlə razılaşdılar

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya müsahibə verib.
 
Bir şox məsələlərə toxunan komitə sədri Azərbaycanda haqqında çoxdan danışılan surroqat ana məsələsi ilə bağlı müzakirələrin nə ilə nəticələndiyinə də aydınlıq gətirib. Müxbirin "Süni mayalanma ilə bağlı məsələ bir vaxtlar aktiv müzakirə olunsa da, sonradan bunun qəbul olunması üçün müzakirəyə çıxarılması təxirə düşdü. Nə idi səbəb" sualına cavabında deyib: "Burda əsas iki mövzudur. Birinci surroqat ana məsələsidir ki, dünyada da bu mübahisə mövzusudur. Surroqat ana dünyanın bir çox ölkələrində var. Rüşeymləri birləşdirib başqa anaya yerləşdirirlər, ana uşaq dünyaya gətirir. Orda da çoxlu mübahisəli məsələlər var. Şeyx bunu məsləhət görmədi. Süni mayalanmada isə biz ərlə arvadın süni mayalanmasının tərəfdarıyıq.
 
...Biz bütün hallarda Şeyxülislam Allahşükür Paşazadənin fikirləri ilə razılaşdıq. Biz gənc ailə haqqında yeni qanun hazırlamaq istəyirik. O qanunda göstəriləcək ki, 10 ildən artıq nikaha girənlərin uşağı yoxdursa, onlara dövlət hesabına o əməliyyatı edək. O əməliyyatın qiyməti təxminən 3000 dollardır. Biz istəyirik bunu edək. Bu məsələ də gündəmdədir".

Google+ WhatsApp ok.ru