Dilənçiliklə məşğul olan və baxımsız uşaqların sayı 576 nəfərdir

DİN-in baş idarə rəisi bu barədə məlumat verib  
 
“2015-ci ildə 64 insan alveri qurbanın 46 faizi məişət zorakılığından əziyyət çəkən şəxslərdən ibarət olub”.
 
Maide.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev deyib.
 
O bildirib ki, insan alverininin potensial qurbanı sayılan dilənçiliklə məşğul olan və baxımsız uşaqların sayı 576 nəfərdir: “Həmin uşaqların yaşayış, təhsil yerləri və hansı ailəyə məxsus olmaları tam müəyyənləşdirilərək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim olunub”. /

Google+ WhatsApp ok.ru