Dini Komitənin sədri Türkiyə nümayəndə heyəti ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının nümayəndə heyətini qəbul edib
Maide.az-ın Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, qəbulda Diyanət İşləri Başqanlığının Ali Şurasının üzvləri professorlar İlyas Üzüm, Mehmet Keskin, həmçinin, Diyanət İşləri Başqanlığının təqvimlər üzrə astronomu İlham Aşıq Kaya və Türkiyənin ölkəmizdəki səfirliyinin Din Xidmətləri müşaviri Sadiq Əraslan iştirak ediblər.
Görüşdə Dövlət Komitəsinin sədri  Türkiyə-Azərbaycan münasibətlərindən  danışaraq bildirib ki, iki qardaş ölkənin əlaqələri tarixi köklərə və ortaq dəyərlərə əsaslanır. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən din sahəsində əməkdaşlıq yüksək səviyyədə qurulub.
Mübariz Qurbanlı bu əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə, həmçinin, gələcəkdə qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib. Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildiriblər. /

 

Google+ WhatsApp ok.ru