Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb 18 May 2015 01:00 Ölkə Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edib. Dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə yerləşən ziyarətgahlara turlarını nəzərdə tutan turizm fəaliyyəti ilə bağlıdır. Bundan sonra xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq. Teqlər : #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Siyasi məhbuslara azadlıq!` aksiyasına regionlar da qoşulub 14 saylı həbsxanadan həyəcanlı zəng