Diqqət: Bu ərazilərdə su olmayacaq

Diqqət: Bu ərazilərdə su olmayacaq

Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində sabah səhər saatlarına qədər məhdudiyyətlər olacaq.
 
 
Maide.Az xəbər verir ki, bu barədə məlumatı Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qeyd edib.
 
O bildirib ki ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
 

Google+ WhatsApp ok.ru