Displey tipi virtual reallıq eynəkləri göz yorğunluğunun qarşısını alacaq

Displey tipi virtual reallıq eynəkləri göz yorğunluğunun qarşısını alacaq

Çoxsaylı virtual reallıq şlemlərinin uğuru bu texnologiyanın daha kütləvi inkişafına imkan yaradır. Amma yeni texnologiyanın insana qeyri-adi hisslər yaşatmasına baxmayaraq, o, bəzi çatışmazlıqlara malikdir. Məsələn, virtual məkanda uzun müddət vaxt keçirmək gözlərin yorğunluğuna səbəb olur. İllinoys Universitetində çalışan alimlərin yeni həlli çıxış yolu ola bilər.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, yeni displey, daha dəqiq isə onun işlək prototipinin ölçüsü 2,5x5 sm-dir. Displey bir sıra maraqlı yeniliklər sayəsində həqiqi təsviri əks etdirmək qabiliyyətinə malikdir. Belə ki, adətən virtual reallıq şlemində üçölçülü təsvir optik təsvir texnologiyası (“Optical Mapping”) sayəsində əldə edilir. Bu texnologiyanın mahiyyəti ondan ibarətdir ki, optik təsvir zamanı ekran bir neçə sahəyə bölünür və hər bir sahədə ikiölçülü təsvir formalaşdırılır.
 
Bundan sonra hər bir ikiölçülü sahə dərinlik xüsusiyyətləri əldə edir və  xüsusi alqoritmlər dərinlik keçidlərini elə təmin edir ki, nəticədə üçölçülü təsvir alınır.
 
Ən maraqlısı odur ki, yeni texnologiya artıq mövcud olan istənilən ekran tipini dəstəkləyir. /

Google+ WhatsApp ok.ru