Dizellə işləyən maşınların sayı artıb

Dizellə işləyən maşınların sayı artıb

2016-cı ildə Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 4,1 milyon ton olub və 2015-ci illə müqayisədə 10,7 faiz artıb.
 
Maide.Az fins.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ümumi istehlakın 30,5 faizini avtomobil benzini, 26,3 faizini dizel yanacağı, 21,4 faizini mazut yanacağı, 4,8 faizini neft-kimya sənayesində istifadə üçün benzin, 7,3 faizini aviasiya üçün və sair ağ neft, 4,2 faizini neft bitumu, 3,4 faizini maye qaz, 1,1 faizini sürtgü yağları, 1 faizini isə digər neft emalı məhsullarının istehlakı təşkil edib.
 
Statistikadan da göründüyü kimi, Azərbaycanda dizel avtomobillərinin sayı getdikcə artır. Aydındır ki, bu da dizelin qiymətinin digər avtomobil yanacaqlarından daha ucuz qiymətə olmasıdır. /

Google+ WhatsApp ok.ru