İŞİD Mosulda su anbarını partlatdı

İŞİD Mosulda su anbarını partlatdı

İŞİD terrorçuları İraqda infrastrukturu dağıtmaqda davam edir. 
 
Maide.Az xəbər verir ki, İraq KİV-lərinin məlumatına görə, İŞİD terrorçuları Mosul şəhərini içməli su ilə təmin edən anbarlardan birini partladıb. 
 
Su anbarının partladılması ilə Mosulda bir çox bölgələrdə içməli suyun təminində problem yaranıb. 
 
Bundan öncə beynəlxalq təşkilatların bildirmişdi ki, Mosul şəhərində təxminən 500 min sivil içməli su çatışmazlığından əziyyət çəkir.
 
Qeyd edək ki, İŞİD terrorçuları Suriyada da davamlı məğlubiyyətin ardınca  belə qeyri-insani addım atıb və Dəməşqin böyük bir hissəsini susuz qoyub. 
 
İraqın ikinci ən böyük şəhəri olan Mosul şəhəri 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının işğalındadır. Son aylarda bu şəhərin azadlığı uğrunda əməliyyatlara aparılır və şəhərin böyük bir hissəsi işğaldan azad olunub. 

 

Google+ WhatsApp ok.ru