Dünən şəhid olan əsgərin atası: QÜRUR DUYURAM

Ötən axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupunun Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqınının qarşısını alarkən şəhid olan 1991-ci i l təvəllüdlü Anar Mamed oğlu Atayev bu gün doğulduğu Ağcabədi rayonu Minəxorlu kənd qəbirsanlığında torpağa tapşırılacaq. 

Ən təsirli məqam isə əsgərin elə doğulduğu gün düşmən gülləsinə tuş gəlməsidir. Dünən Anar Atayevin 24 yaşı tamam olub. Onun ad günü hədiyyəsi isə şəhidlik məqamına yüksəlməsi olub.

Şəhidin atası Mamed Atayev ANS PRESS-in bölgə müxbirinə bildirib ki, oğlunun şəhidlik zirvəzinə yüksəldiyi üçün qürur hissi duyur.

Düzdür oğul itkisi çox ağırdır. Sanki canından bir parça gedib. Lakin onun şəhidlik zirvəsinə yüksəlməsi daha çox qürurverici hissdir”, - deyə Mamed Atayev bildirib.

Qeyd edək ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Google+ WhatsApp ok.ru