Dünyada ən sürətli mobil internet BU ÖLKƏLƏRDƏDİR

Dünyada ən sürətli mobil internet BU ÖLKƏLƏRDƏDİR

Mobil internet bütün dünyada sürətlə yayılır.
 
Bu barədə mobil şəbəkə infrastrukturunun inkişafına dair iri tədqiqatlar aparan Britaniyanın “OpenSignal” şirkətinin mütəxəssisləri məlumat veriblər.
 
Şirkətin rəsmi saytında dərc edilən hesabatda qeyd olunub ki, ən sürətli mobil internet Koreya Respublikasında qeydə alınıb. Sonra reytinqdə Sinqapur, Avstraliya, Macarıstan və Danimarka yer alıblar.
Üçüncü və dördüncü nəsil mobil rabitəsinə görə isə Norveç, Yaponiya, Litva, İsveç və Niderland daha yaxşı inkişaf edib.
 
Rusiya Federasiyası mobil internet sürətinin reytinqində Küveyt və Cənubi Afrika Respublikasını geridə qoyaraq 50-ci yerdə qərarlaşıb.
 
Kosta-Rika və Əfqanıstan isə 94 və 95-ci yerləri tutub.
 
Bu statistik məlumatlar 2016-cı il mayın 1-dən iyulun 23-dək olan dövrü əhatə edir.(azərtac)
 

Google+ WhatsApp ok.ru