Dünyada kök insanların sayı arıq insanlardan daha çoxdur

İngiltərədə dərc olunan bir araşdırmaya əsasən, dünyada kök insanların sayı arıq insanlardan daha çoxdur.
 
Deyerler.org BBC-yə istinadən xəbər verir ki, İmperial College London universitetindəki alimlər tərəfindən həyata keçirilən araşdırmaya əsasən, dünya miqyasında piylənmə kişilərdə üç, qadınlarda isə iki dəfə daha çox artıb.
 
Araşdırma 1975 və 2014-cü illəri arasında 186 ölkədən 20 milyon insanın bədən kütlə indekslәrini müqayisə edilməsilə aparılıb.
 
Əldə edilən nәticәlәrә görə, dünya səviyyəsində kök insanların sayı 1975-ci ildə 105 milyondan 2014-ci ildə 641 milyona yüksəlib.
Aşağı çəkili insanların sayı isə həmin illərdə 330 milyondan 462 milyona yüksəlib.
 
Kişilərdə qlobal piylənmə faizi 1975-ci ildə 3.2-dən 10,8-ə, qadınlarda isə 6.4-dən 14,9 faizə çatıb. Bu göstəricilər dünyada 2014-cü ildə 266 milyon kök kişi və 375 milyon kök qadın sayının artdığını göstərir.
Araşdırmadan irəli çıxan məlumatlar bunlardır:
 
1. Dünyada ən çox kök kişi və qadınlar Çin və ABŞ-da yaşayır.
 
2. İngiltərədəki qadınlar Avropanın ən böyük üçüncü bədən kütlə indeksinə malikdirlər, kişilər isə 10-cu yerdədir.
 
3. Dünyadakı kök insanların beşdə biri, yəni 118 milyonu yüksək gəlirli 6 ölkədə (Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya, İngiltərə və ABŞ) yaşayırlar.
 
4. 2025-ci ilə qədər İngiltərədəki kök qadınların nisbəti 38% olmaqla Avropadakı ən yüksək səviyyəyə çatması gözlənilir. Bunu 37%-lә İrlandiya, 34%-lә Malta izləyir.
 
5. Çin 43,2 milyon kişi və 46,4 milyon qadınla ən çox kök əhaliyə malik ölkədir.
 
6. ABŞ-da isə 41,7 milyon kök kişi və 46,1 milyon kök qadın yaşayır.
 
7. 2014-cü ildə İngiltərədə yaşayan kişilərin 6,8 milyonu qadınların isə 7,7 milyonu kök sayılır.
 
8. Aşağı çəkili olmaq Hindistan və Banqladeş kimi ölkələrdə ciddi sağlamlıq problemi kimi qəbul edilir.
 
Araşdırmada, həmçinin aşağı çəkili insanların sayı da araşdırılıb. Belə ki, eyni dövrdə arıq insanların faizi kişilərdə 14 faizdən 9-a, qadınlarda 15 faizdən 10-a düşüb.deyerler.org /
 

Google+ WhatsApp ok.ru