Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri 23 İyun 2016 01:00 Maraq dünyası "Bloomberg" agentliyi dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələrinin siyahısını tərtib edib. Maide.Az xəbər verir ki, "Misery" indeksi adı ilə tanınan reytinq inflyasiya və işsizliyin səviyyəsi əsasında ölkələrin rifah halını müəyyənləşdirir. Bu ilin araşdırmalarına əsasən, dünyanın iqtisadi cəhətdən ən bədbəxt ölkəsi Venesuela seçilib. Venesuela ikinci ildir ki, siyahıda 70 ölkə sırasında ən müvəffəqiyyətsiz ölkə kimi qeyd olunur. Belə ki, Venesuelada inflyasiya səviyyəsi 180%-ə çatır. Siyahının sonuncusu, yəni sosial-iqtisadi göstəricilərinə görə "ən xoşbəxt" ölkə isə Sinqapurdur. Burada işsizlik səviyyəsi 1,4% azalaraq 1,9% təşkil edir, inflyasiya göstəricisi isə dünyada ən aşağı həddədir. Teqlər : #Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Günəş batareyaları ilə işləyən təyyarə Atlantik okeanını fəth etdi `WhatsApp` gözlənilən yeniliyi etdi