Dünyanın ən kiçik quşu Azərbaycanda -VİDEO

Dünyanın ən kiçik quşu Azərbaycanda -VİDEO

 
Dünyanın ən kiçik quşu Azərbaycanda peyda olub.
 
Maide.Az xəbər verir ki, kolibriyə bir neçə gün əvvəl Qubanın Aşağı Xuc kəndində rast gəlinib. Kolibri kənddəki ailə təsərrüfatlarının birindəki gül bağçasında uçarkən görülüb.
 
Qeyd edək ki, kolibrinin Azərbaycanda görünməsi heç də adi hal deyil. Belə ki, dunyada ən kiçik və geriyə uça bilən yeganə quş hesab edilən kolibrinin növləri daha çox Amerikada yayılıb. Onun 350-dən çox novü məlumdur. Ən boyuk növünün uzunluğu cəmi 22 sm-dir. Ən kiçik kolibri quşunun uzunluğu isə 6 sm, çəkisi 2 qramdır. Kolibrinin lələkləri o qədər gözəldir ki, qiymətli dasa bənzəyir. Günəş işığında lələkləri parıldayır və rəngini dəyişir. 
 
 
Kolibri uzun dimdiyə malikdir. Dimdiyi vasitəsilə çiçəklərdən olan şirə çəkərək qidalanır.
 
Bu möcüzəvi quş yuvasını otlardan hörür. Yuvası qoz böyüklüyündə, yumurtaları isə  noxud boyda olur. Əgər hər hansı yırtıcı kolibrinin yuvasına yaxınlaşarsa, cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancır. (Milli.Az)
 
 

Google+ WhatsApp ok.ru