Dünyanın ən cəlb edici 10 metro stansiyası

Dünyanın ən cəlb edici 10 metro stansiyası

Metrolara yalnız nəqliyyat vasitəsi kimi baxmaq bir az haqsızlıq olar. Dünyanın müxtəlif ölkələrində metro stansiyaları elə bəzənir ki, tikili olmaqdan daha çox sənət əsərlərinə bənzəyirlər.

 

Bir-birindən gözəl və cәzbedici 10 metro stansiyası ilə sizi tanış edirik:

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

Rusiyanın paytaxtı Moskvada metronun Komsomolskaya stansiyası.

 

Metro deyiləndə ağla ilk gələn yerlərdən biri Moskva metrosudur. Dünya müharibəsi vaxtı sığınacaq kimi istifadə olunan Moskva stansiyalarında xeyli sayda heykəl və tarixi abidəyә rast gəlmək mümkündür. Demək olar ki, bütün metro stansiyaları çox gözəl və təsirli olduğu üçün paytaxta gələn turistlərə metro gəzintiləri təşkil olunur.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

Rusiyanın Sankt-Peterburq şəhərində metronun Avtovo stansiyası.

 

Avtovo statnsiyası 1955-ci ilin 15 noyabrında istifadəyə verilib. Yevgeniy Levinson tərəfindən hazırlanan bu stansiya, şüşədən meydana gəlmiş sütunlarla bəzədilmişdir. Ancaq daha sonra şüşə yerinə ağ mərmər istifadə edilməsi məqsədə uyğun hesab olunmuşdur.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

İsveçin Stockholm şəhərindəki T-Sentralen metro stansiyası.

 

3 metro xəttinin birləşdiyi bu stansiya İsveçin ən izdihamlı stansiyasıdır. Stansiya tamamilə kobud şəkildə oyulan divarlarla qədim dövrlərə aid mağaralara bənzədilib. 1950-ci ildən etibarən müxtəlif bədii əsərlərlə təchiz edilən stansiyanın mavi-ağ bəzəkləri 70-ci illərdə işlənib.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

Almaniyanın Münhen şəhərindəki Vestfriedhof stansiyası.

 

Bu metro stansiyasının ən böyük xüsusiyyəti, tavanında asılan nəhəng lampalardır.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

Fransanın paytaxtı Parisdəki "Arts e Meties" metro stansiyası.

 

1904-cü ildə istifadəyə verilmiş bu stansiya belçikalı çizgi film yazarı Fransua Şuitenin Jül Vernin əsərlərindən ilhamlanaraq, hazırlanmışdır.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

BƏƏ-nin Dubay şəhərindəki Burcuman metro stansiyası.

 

Dubay şəhərində 2009-ci ildən etibarən şəhərin ən məşhur kütləvi nəqliyyat sistemlərindən birinə çevrilən Burcuman stansiyası, BurCuman Ticarət Mərkəzində xidmət göstərir. Stansiya əvvəllər Xalid Bin Vəlid stansiyası kimi istifadəyə verilmişdi.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

Portuqaliyanın Lissabon şəhərindəki Olaias metro stansiyası.

 

Olaias stansiyası 1998 Expo üçün hazırlanmışdır. Stansiyanın hazırlanmasında portuqaliyalı memar Tomas Taveyranın böyük köməkliyi dəymişdir. Olaias bir-birindən fərqli daşlarla bəzədilən və müasir bir sistemlə hazırlanmış möhtəşəm bir metro stansiyaya çevrilmişdir.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

İsveçin Stokholm şəhərindəki Tekniska Höqskola stansiyası.

 

30 Sentyabr 1973-cü ildə sadə bir şəkildə açılışı olan Tekniska Höqskola stansiyası, müəyyən müddətdən sonra İsveçin ən müasir sənət mərkəzlərindən birinə çevrildi. Tamamilə müasir xəttlərin istifadə edildiyi bu stansiya İsveçin ən çox səfər edilən metro stansiyalarındandır.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

Tayvanın Kaohsiunq şəhərindəki Formosa bulvarı stansiyası.

 

Formosa Kaohsiunq şəhərinin ən izdihamlı metro stansiyasıdır. Ən böyük xüsusiyyəti stansiyadakı "İşıq qübbəsi"dir. 30 metr diametrindəki bu qübbə insanın dünyanın yaradılışından etibarən qət etdiyi yolu göstərir. Qübbədə istifadə olunan rəngli şüşələrin hamısı Almaniyadan gətirilib.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

 

İtaliyanın Neapol şəhərindəki Toledo metro stansiyası.

 

50 metr uzunluğuna malik olan Toledo stansiyası, 2012-ci ildə istifadəyə verilib. Stansiyada olan sərnişinlər özlərini suyun altında və ya kosmosda olduqları kimi hiss edirlər.

 

Dünyanın ən cəlb edici 10 metro stansiyası

(deyerler.org)

Google+ WhatsApp ok.ru