Dünyanı şoka salan kəşfiyyat əməliyyatı: 120 ölkənin gizli məlumatları...

Dünyanı şoka salan kəşfiyyat əməliyyatı: 120 ölkənin gizli məlumatları...

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Almaniya Federativ Respublikasının kəşfiyyatı ilə birlikdə tabeliyindəki İsveçrənin “Crypto AG” şirkətinin şifrələmə avadanlığının köməyilə yarım əsr ərzində dünyanın 120-dən çox ölkəsinin gizli mesajlarını əldə edib.  

 
Bu barədə “The Washington Post” nəşri yazıb.
 
  Məlumata görə, bu şirkətin avadanlıqlarını Latın Amerikası ölkələrinin hərbi xuntaları, İran, Hindistan, Pakistan və Vatikan da əldə edib. Bu ölkələr arasında SSRİ və Çin olmayıb.  
 
Nəşr sözügedən vəziyyəti “yüzilliyin kəşfiyyat uğuru” adlandırıb.  
 
“Rubikon” adlı əməliyyat MKİ tarixində ən cəsur əməliyyatlardan biri sayılır. Əməliyyat faktiki olaraq, iki il əvvəl – İsveçrə şirkəti zərərsizləşdiriləndə başa çatıb.

Google+ WhatsApp ok.ru