Dollara tələbat azalıb, manat möhkəmlənməyib

Dollara tələbat azalıb, manat möhkəmlənməyib

"Exo" qəzetində "Dollara marağın zəifləməsi heç də manatın güclənməsi demək deyil" sərlövhəli məqalə oxumaq olar. Ekspertlərdən Seyfəl Əliyev mövzunu qəzetə belə dəyərləndirib:
 
"Azərbaycan əhalisində dollara marağın zəifləməsi heç də manatın güclənməsi faktı kimi dəyərləndirilə bilməz. Odur ki, bundan da irəli gələrək yaxın vaxtlarda manatın güclənəcəyi kimi optimist bəyanatlarla çıxış etmək hələ çox tezdir. Son vaxtlar ölkənin valyuta bazarında müvəqqəti sabitləşmə baş verib".
 
S.Əliyevə görə, dollara tələbatın zəifləməsinin daha bir izahı odur ki, əhali əlindəki bütün ehtiyat manatı dollara dəyişib. Bu gün artıq maaşla yaşayan əhalinin dollar almağa heç nəyi yoxdur.
 
Müəllif daha sonra Hollandiya «ING Bankı»nın Azərbaycanın iqtisadiyyatı və manatı ilə bağlı proqnozlarını xatırladır:
 
"2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1.6 faiz artım göstərəcək. Azərbaycan manatının məzənnəsi güclənəcək və 2018-ci ildə dollar 1.59 manat həddində olacaq".
 
Yazıda güman edilir ki, qarşıdakı ildə manat nisbətən öz mövqeyini möhkəmləndirəcək.
 

Google+ WhatsApp ok.ru