İŞİD İraqda yezidlərin yaşadığı kəndə hücum edib: 80 kişi öldürülüb, 100 qadın oğurlanıb 16 Avqust 2014 01:00 Xəbərlər İŞİD terror qruplaşması İraqın şimalında yezidlərin kompakt yaşadığı kəndə hücum edərək 80 kişini amansızcasına qətlə yetirib, 100 qadını oğurlayıblar. “İTAR-TASS”ın məlumatına görə, yaşayış məntəqəsi Sincar dağ silsiləsindən 20 km aralıda yerləşir və uzun müddət silahlıların hücumuna məruz qalıb. Məlumata görə, oğurlanmış qadınlar silahlılar tərəfindən İŞİD-in nəzarəti altında olan Mosul və Təl-Afar şəhərlərinə gətirilib. İraq Kürdüstanın nümayəndəsi Hoşiyar Zibarinin “Röyters”ə bildirdiyinə görə, yezidlərin islamı qəbul etməkdən imtina etməsi kütləvi edama səbəb olub. apa/ Teqlər : #İŞİD İraqda yezidlərin yaşadığı kəndə hücum edib: 80 kişi öldürülüb,#100 qadın oğurlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cavad Heyət dəfn olundu- Fotolar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin icraçı direktoru Amano sabah İrana səfər edir