DSK: `Yarım ildə 25 min iş yeri bağlanıb, 174 min isə...`

DSK: `Yarım ildə 25 min iş yeri bağlanıb, 174 min isə...`

2017-ci ilin birinci yarısında Azərbaycanda 25 min iş yerinin bağlandığı bildirilir.
 
Bu haqda Dövlət Statistika Komitəsinin (DSK) avqustun 15-də yaydığı məlumatda yazılır.
 
Məlumata görə, bağlanan iş yerlərinin 76,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bu iş yerlərinin 64,7 faizi fərdi sahibkarlıq subyektlərinə aid olub.
 
DSK həmçinin bildirir ki, iş yerlərinin 4 minə yaxını müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması ilə bağlıdır. Deyilən dövrdə 4850 nəfərin ixtisarlarla əlaqədar iş yerini itirdiyi bildirilir.
 
Komitə bu dövrdə həmçinin, 174 min yeni iş yerinin açıldığını açıqlayıb.
 
Həmin iş yerlərinin 119,3 mininin daimi olduğu iddia olunur.
 
Bir çox ekspertlər DSK belə məlumatlarına şübhə bəsləyir. Onlar deyir ki, son illər bir qayda olaraq Azərbaycanda bağalanan iş yerlərinin sayı azaldılır, yeni açılan iş yerləri ilə bağlı statistika isə şişirdilir. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru