Duzla işləyəcək yeni texnologiya

Duzla işləyəcək yeni texnologiya

Google”ın ana şirkəti “Alphabet”, kod adı “Malta” olan nəhəng bir layihə üzərində çalışır.
 
Dünyanı dəyişəcəyi iddia edilən bu yeni texnologiya, avtonom avtomobil layihəsi üçün qurulan X Laboratoriyasında kəşf olunub.
 
Bərpa olunan enerjini yığmağı təmin edəcək bu yeni texnologiya üçün istifadə ediləcək materiallar isə olduqca maraqlıdır.
 
Duz və antifriz istifadə edilərək litium ion batareyalardan daha uzun və daha ucuz şəkildə enerji toplanacaq. Beləliklə, enerji israfının da qarşısı alınacaqdır.
 
X Laboratoriyana rəhbərlik edən Obi Felten bildirib ki, Simens, ABB və General Electric ilə birgə işləyəcəklər. (azadliq.info) /

Google+ WhatsApp ok.ru