Dövlət rəsmisi: Süni qiymət artımının qarşısı alınmalıdır

“Dərman vasitələri haqqında” qanuna Milli Məclis tərəfindən dəyişiklik edilib. Güman edirəm ki, müvafiq prosedurdan sonra bununla əlaqədar Nazirlər Kabineti tərəfindən normativ hüquqi sənəd hazırlanacaq.
 
Maide.az xəbər verir ki, bu sözləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
 
“Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarət ciddi şəkildə artırılsın, həm də onların qiymətinin süni surətdə artırılmasının qarşısı alınsın. Bununla bağlı müvafiq tədbirlər görülür”- deyə, Əli Əhmədov qeyd edib.

Google+ WhatsApp ok.ru