Dövlətdən övlad istəyənlərə sərt qadağalar

Maide.az "Bizim Yol" qəzetinə istinadən xəbər verir ki, Azərbaycanda bürokratik əngəllər həm valideynsiz uşaqlara, həm də uşaqsız ailələrə problem yaradır. 
 
Qəzet yazır ki, hazırda uşaq övladlığa götürmək istəyən ailələrin sayı çox olsa da, onlar problemlə üzləşirlər: «Bir qayda olaraq daxili övladlığa götürmədə yerli icra hakimiyyəti orqanlarının, ölkələrarası övladlığa götürmədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsas götürülür. Ailələr yerli icra hakimiyyətlərinə müraciət edirlər. Lazım olan sənədləri yığandan sonra rəyin verilməsi gecikdirilir. Bu gün yerli icra hakimiyyətində övladlığa götürmə işi ilə məşğul olan insanlar 6-7 vəzifəni bir yerdə icra edirlər. Ona görə də yerli icra hakimiyyətlərində çalışan insanlar yalnız övladlığa götürmə məsələsi ilə məşğul olmayacaqsa, problem qalmaqda davam edəcək».

Google+ WhatsApp ok.ru