Dövlət şirkətlərinin borcunu əhali ödəyir...

İlk dəfədir ki, dövlət zəmanətiylə alınan borcların Təminat Fondunun xərcləmələri açıqlanıb
 
Maliyyə Nazirliyi dövlət zəmanətiylə alınan borcların Təminat Fondunun xərcləmələri haqda təfərrüatları açıqlayıb. Belə bir addım ilk dəfə atılır.
 
Bəs 27 milyon manat nəyə xərclənib?
 
2015-ci ilin dövlət büdcəsinin icrasına dair sənəddə qeyd olunur ki, xaricdən dövlət zəmanəti ilə cəlb edilən kreditlərin bağlanmasına 160 milyon manat yönəldilib.
 
Bunun 132,9 milyon manatı «Azərsu» və «Azərkosmos» ASC-lərin borc öhdəliklərinin tam və ya qismən icrasına xərclənib. Yerdə qalan təxminən 27 milyon manatın nəyə xərcləndiyi bildirilmir.
 
Maraqlıdır ki, əvvəlki illərdə səhmləri dövlətə məxsus şirkətlərin xaricdən dövlət zənanəti ilə cəlb etdikləri kreditlərin dövlət büdcəsi hesabına qaytarılması haqda xırdalıqlar açıqlanmazdı.
 
Hökumət dövlət şirkətləri borclarının büdcə hesabına qaytarılmasını«dövlət zəmanəti üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü maliyyə öhdəliklərini çevik və səmərəli idarə etmək və vaxtında yerinə yetirilməsini təmin etmək» məqsədiylə əsaslandırır.
 
Samir Əliyev
Samir Əliyev
​Üç il öncə dövlət “əlini cibinə salmamışdı”
 
İqtisadçı Samir Əliyev AzadlıqRadiosuda deyib ki, dövlət büdcəsinin icrasına dair Maliyyə Nazirliyinin geniş hesabatı Açıq Büdcə İndeksi üzrə öhdəliklərinin tərkib hissəsidir və son illər hesabatlılıq sahəsində bəlli irəliləyiş var.
 
Ötən il bəzi dövlət şirkətləri onların yerinə ödənilən kreditin bir hissəsini – 8,3 milyon manatı dövlət büdcəsinə geri ödəyiblər.

Google+ WhatsApp ok.ru