Dövlət başçısı Hacı Cavad məscidi ilə bağlı vəziyyəti araşdırmaq üçün xüsusi komissiya yaradılması barədə tapşırıq verib

Dövlət başçısı Hacı Cavad məscidi ilə bağlı vəziyyəti araşdırmaq üçün xüsusi komissiya yaradılması barədə tapşırıq verib

"Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib".
 
Deyerler.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub: "Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib". 
 

Google+ WhatsApp ok.ru