İdxalçılar buğda tədarükünü dəfələrlə azaldıb

Bu ilin 2 ayında Azərbaycana $16,2 mln qiymətində buğda idxal edilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 6,7 dəfə azdır. Bu barədə Gömrük Komitəsinin hesabatında bildirilir.
 
İdxalın fiziki həcmi barədə məlumat verilmir.
 
Unüyüdən kombinatı olan  idxalçı şirkətlərin birində bildiriblər ki, tədarükün kəskin azalmasına səbəb Rusiyada dollar ifadəsində alış qiymətlərinin artmasıdır. "Əgər 20 gün əvvəl Rusiya buğdası gömrük sərhəddində  təhvil vermək şərti ilə tonuna görə 163 dollara təklif edilirdisə, bu gün qiymətlər 180 dollara çatıb. Bu qiymətlərlə un və çörəyin pərakəndə qiyməti istehsalçılar üçün ziyanlı olacaq", - deyə mənbə bildirib.
 
Eyni zamanda, şirkətdə qeyd ediblər ki, ölkədə buğda ehtiyatı kifayət qədərdir və hazırkı qiymətlərə baxmağa ehtiyac yoxdur. "Hər şey Rusiya rublunun məzənnəsindən asılı olacaq".
 
2015-ci ildə Azərbaycan xaricdən ümumi dəyəri 296,8 mln dollar olan 1 mln 353 ton buğda alıb. contact/

Google+ WhatsApp ok.ru