Elçin Manafov sərbəst buraxıldı

Turan agentliyinin məlumatına görə, Azərbaycan İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov öz həbsi barədə məlumatları təkzib edib.

Elçin Manafovun sözlərinə görə, dünən o, MTN-ə sorğu-sual üçün çağırılıbmış.

Üç saatlıq söhbətdən sonra Elçin Manafov azad olunub. Sorğu-sualların detalları barədə o, məlumat verməyib.  

*** 
Dünən MTN tətərəfindən saxlanılan Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi Hacı Elçin Manafov sərbəst buraxılıb
İslamazeri.az-a verilən məlumata görə, dünən MTN tətərəfindən saxlanılan ilahiyyatçı, Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi Hacı Elçin Manafov sərbəst buraxılıb.
Xəbəri ruhaninin ailəsi də təsdiq edib /

Google+ WhatsApp ok.ru