Elçin Sadıqov: “Yunuslar ailəsinin müalicə üçün xaricə getməsi ilə bağlı apellyasiya şikayəti vermişik”

“Yunuslar ailəsinin müalicə üçün xaricə getmək ərizəmiz rədd edildi. Anar Məmmədlinin Avropa Məhkəməsində olan işi artıq qərar mərhələsindədir”. Bunları Deyerler.org-a apardığı işlərlə bağlı vəkil Elçin Sadıqov məlumat verərkən qeyd edib.
O hәmçinin bildirib ki, hökumət işin dostcasına həlli ilə bağlı heç bir təklif etməyib: “Biz gözləyirik ki, tezliklә Avropa Məhkəməsi öz qərarını qəbul etsin. Eyni zamanda, Yunuslar ailəsinin həbsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti vermişik. Bu işə hansı hakimin baxacağı ilə bağlı məlumatlı deyilik. Əlavə olaraq Leyla və Arif Yunusun müalicə üçün ölkədən çıxması ilə bağlı apellyasiya şikayəti də vermişik. Yaxın günlərdə işə kimin baxacağı da məlum olacaq. Biz Yunuslar ailəsinin ciddi mülaicəyə ehtiyacı olmasını əsas gətirərək xahiş etmişdik ki, xaricə buraxılsınlar. Yasamal Rayon Məhkəməsi 11 fevral tarixli qərarı ilə ərizəmizi təmin etmədi. Biz də bu səbəbdən apellyasiya şikayəti vermişik. Amma məsələ ilə bağlı bildiriş gəlməyib”. deyerler.org /
 

Google+ WhatsApp ok.ru