Ermənilər Laçında yeni qəsəbə salır- Foto+Video

Azərbaycanın işğal edilmiş torpaqlarının erməniləşdirilməsi prosesi bu günümüzə qədər həyata keçirilməkdə davam edir və işğal edilmiş ərazilərimizdə süni məskunlaşdırma prosesi sürətləndirib. 

Bu foto və videoda görünür ki, işğal olunmuş torpaqlarımızda olan, Azərbaycan xalqının tarixi keçmişinə məxsus dini, mədəni və tarixi abidələrimiz ermənilər tərəfindən saxtalaşdırlaraq bu torpaqların guya onlara aid olmasını dünya ictimaiyyətinə sübut etməyə çalışırlar. Ermənilər tərəfindən Azərbaycan (türk) toponimləri dəyişdirilib uydurma erməni adları ilə əvəz edilir və bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunur.

İraqdan, Suriyadan və başqa ölkələrdən gəlmiş erməni ailələri işğal edilmiş yaşayış yerlərində, həmçinin Laçın rayonunda yerləşdirilir. Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Laçının Zabux və Cağazur kəndlərində də ermənilər quruculuq, abadlıq işləri aparırlar. Belə ki, Laçın rayonu işğal edildiyi zaman tamamilə məhv edilmiş Zabux kəndi ərazisində yeni qəsəbə salınır və adı dəyişdirlərək Aqavno qoyulubdur. Zabux kəndi Gorus rayonu ilə həmsərhəd kənddir və Xankəndi ilə Gorus rayonunu birləşdirən maqistral avtomobil yolu bu kəndin içərisindən keçir. Qəsəbədə tikiləcək evlər günəş batareyaları ilə qızdırılacaq. Zabuxda yaşamaları üçün yerləşdirilən ailələrə əlavə olaraq yardım da veriləcək(qafqazinfo). 

 

 

 

Google+ WhatsApp ok.ru