Ermənilər Laçında yeni kənd salır - VİDEO 16 Sentyabr 2014 01:00 Xəbərlər Azərbaycanın işğal altındakı Laçın rayonunda yeni kəndin tikintisi gedir. Modern.az saytı xəbər verir ki, Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Aqavno adlanır. 150 evdən ibarət olması planlaşdırlan kənddə artıq 50 evin tikintisi yekunlaşamaq üzrədir. Digər evlərin tikintisi isə davam edir. Aqavno kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb. Qeyd edək ki, Laçın rayonun Zabux kəndi Ermənistanın Gorus rayonu ilə həmsərhəd ərazisində yerləşir. Sentyabrın 15-də ərazidəki tikinti işləri ilə tanış olmaq üçün Qarabağ separatçılarının “baş nazir”i Ara Arutunyan və “Ari” fondunun nümayəndəri kəndə gəliblər. Teqlər : #Ermənilər Laçında yeni kənd salır VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Misirdə “Müsəlman qardaşlar” hərəkatının dini liderinə ikinci ömürlük cəza verilib Heydərovun nəşr etdirdiyi kitabı Amaşovun oğlu tərcümə edib